Rusiyalı tarixçi erməni terrorizmini ifşa edəcək
Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda, 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib.
Qafqazşünas alim deyib: “Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunandan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda, Belarusdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacam”.
AzVision.az
Teqlər: Rusiya Tarixçi Terrorozm