Avropada neofaşizm və ya Kardinal Lambertonun daşı - TƏHLİL

Avropada neofaşizm və ya Kardinal Lambertonun daşı - TƏHLİL
  26 Sentyabr 2013    Oxunub:2191
Avropa tarixində 2008-ci il maliyyə böhranı öncəsi bir dönüş anı yarana bilərdi. Əgər hadisələrdən iki həftə əvvəl parlamentdə səslərin 29%-ni qazanan Avstriya Azadlıq Partiyasının sağçı lideri Yorq Haiderin qəza nəticəsində faciəvi ölümü baş verməsəydi. Lakin Haiderin qeyri-avropalılara dözümsüzlük barədə şüarlar səsləndirərək, yüksək faiz coxluğu ilə səs toplaması faktı belə, iqtisadi böhran fonunda unuduldu və ya sadəcə dünya ictimaiyyətindən gizli saxlanıldı.

Belə ki, 22 iyul 2011-ci ildə 77 insanın ölümü, 151 insanın isə xəsarət alması ilə nəticələnən fundamentalist Anders Breyvikin törətdiyi terror aktı, sadəcə bütün dünya ictimaiyyətini yerindən etmədi, eyni zamanda, Avropadakı tolerantlıq prinsipləri haqqında bizi bir daha düşünməyə vadar etdi.

Terror hücumundan öncə Breyvik öz 12 dəqiqəlik “Avropa Müstəqillik Bəyannaməsi-2083 “ videoyazısı ilə hər şeyi ortaya qoymuşdu. Həmin bəyəmnamədə o, Avropanın islamlaşdırılması, marksizm mədəniyyətinin yüksəlişi, tolerant Avropa haqqında danışır. Təsadüfi deyil ki, məhkəmə qarşısına çıxarıldıqda o, öz törətdiklərini “dəhşətli, lakin zəruri” adlandırır və qeyd edir ki, Norveç müqavimət hərəkatını təmsil edir və 10 ildən sonra etnik norveçlilər Oslo şəhərində azlıq təşkil edəcəklər, onlar isə bu hadisələri oturub izləmək niyyətində deyillər .

Norveç məhkəməsi Breyviki 77 adamın ölümündə tam təqsirli bilərək, maksimal müddətə (21 il) azadlıqdan məhrum edəndə belə, o, bildirdi ki, Norveç məhkəmələrini hesaba almır və “onlar multikulturalizm siyasətini dəstəkləyən hakimiyyəti partiya hesabına əldə ediblər”.

Dözümsüzlük xəstəliyi bütün Avropaya, xüsusən də Yunanıstana yayılmaqdadır. Keçən həftə bu ölkədə gənc solçu bir fəal, sağçı və irqçi Chrisi Avgi, neonasist partiyasının (« Qızıl Şəfəq ») tərəfdarı tərəfindən qətlə yetirilmişdir. Ölənin günahı isə onun demokratik fikirləri və tolerantlılığın təbliğ etməsi olmuşdu.

Bəlkə də təsadüfi deyil ki, hələ 2011- ci il Oslo hadisələrindən əvvəl David Cameron və Angela Merkel, eləcə də Fransanın keçmiş prezidenti Nikola Sarkozi multikulturalizm siyasətinin Avropa cəmiyyətində müxtəlif xalqların assimilyasiya və inteqrasiyasının iflasa uğraması haqqında açıqlama vermişdilər.
Təbii ki, onları zorakılığın təşviqinə və sağçılara verdikləri dəstəyə görə ittiham etdilər, əks halda onların verdikləri bəyanatlar özlərinin müdəfiə etdikləri Avropa dəyələrinə zidd gəlir. Lakin həqiqətdə maraq doğuran məqam ondan ibarətdir ki, bütün bu kimi ölkələrdə ultrasağçılar və mərkəz-sağçılar xalqın dəstəyindən istifadə etməyə başladılar və hətta seçkilərdə qələbə calmağa müyəssər oldular.

Beləliklə, ultra sağçılar, iqtisadi böhran, Avropanın bəzi ölkələrindəki durğunluq və böyük işsizlik problemi dönəmində getdikcə xalqdan daha çox dəstək almağa başlayırlar. Keçən əsrin 30-cu illərində bir zaman milli-sosialistlərin (faşistlərin) Almaniyada hakimiyyətə gəlməsinin əsas səbəblərindən biri də məhz ölkədəki 15%-lik işsizlik problemi idi. Müqayisə etsək, 2013-cü ilin may ayına olan statistik göstəricilərə əsasən, İspaniyada işsizlik 26%, Portuqaliyada 17%, Yunanıstanda isə 27%-ə qədər yüksəlir. Təbii haldır ki, son 4 ildə göstəricilərin belə yüksək olması avropalıların davranış və əhval ruhiyyəsinə təsirsiz ötüşməyə bilməzdi.

Əgər Avropanın heç də firavan yaşamayan cənubunda radikallar iqtisadi böhran nəticəsində hakimiyyətə gəlirlərsə, Avropanın iqtisadi cəhətdən problemi olmayan şimalında isə hakimiyyətə getdikcə daha çox nüfuza malik olan ultrasağçılar yiyələnirlər.

Belə ki, Almaniyadakı Bundestaq seçkilərindəki qələbəni, gözlənildiyi kimi, Angela Merkelin Azad Demokratlar partiyası qazandı. Onun rəqibləri isə 5%-lik səddi belə dəf edə bilmirlər. Lakin yeni yaradılmış avroskeptik partiya sayılan “Almaniya üçün alternativ” partiyası ilkin hesablamalara görə, 4,8% səs toplayıb. Bu göstərici onların da Bundestaqa daxil olmaqlarına imkan verir, lakin 2013-cü ildə yeni yaradılmış bir partiya üçün bu göstərici böyük uğur sayıla bilər. Yaddan çıxarmaq lazım deyil ki, « Almaniya üçün alternativ » partiyası əksər alman seçicilərinin şüurunda mühafizəkar və sağçı bir partiya kimi qalmaqdadır. Sadəcə, 10 ildən sonrakı uğuru nəzərə alıb təsəvvür etsək, gözümüzün önünə hamıya meydan oxuyan və ultra-sağçı partiya ilə idarə olunan Güclü Almaniya gəlir – bu, dəhşətdir !!!

“Çiçəklənən” Norveç də kənarda qalmır, belə ki, başda mühafizəkarlar partiyası və onun lideri olan Erna Solberg olmaqla, Norveçin parlament seckilərindəki sağçıların qələbəsi bir daha Avropada artan dözümsüzlüyu subuta yetirmiş olur. Belə ki, bu halda sıralarında haçansa “norveçli terrorçu” Anders Breyvik olan, anti-mühacirət partiyası ilə koalisiya hökümətinin yaranması gündəmə gəlir və vəziyyət ümumiyyətlə, normal məntiqə sığmır.

Avropadakı vəziyyət getdikcə gərginləşir.Belə çıxır ki, əgər Avropa iqtisadi böhranın öhdəsindən gəlsə belə, hələ öndə onu demokratik dəyərlərin böhranı və uçurumu gözləyir. Öz siyasi modelini bütün dunyaya bir nümunə kimi bəyan edən Avropa isə, zamanın sınağına tab gətirə bilmir.

P.S. Bu arada “Xaç atası” filminin son hissəsindən olan bir parçanı xatırlatmaq yerinə düşər. Orada kardinal Lamberto Maykl Korleoni ilə fəvvarənin önündə söhbət edərkən onun diqqətini bir daşa yönəldir. “Bir bu daşa baxın” – deyir,- “O, uzun müddət suda qalıb, lakin su daşa hopmayıb”. Və öz sözlərini əsaslandırmaq üçün daşı fəvvarənin kənarına vuraraq iki yerə parçalayır. “Baxın”,- deyə davam edir, “Təmamilə qurudur”.

Uzun illər avropalılar dözümlü və mərhəmətli olmağı aşılayırlar, lakin onların aglında və ürəklərində olanlar, eləcə də baş verən hadisələr bunu bir daha göstərir ki, dözümlülük və mərhəmət Avropada hələ də öz yerini tapa bilməyib. Bu sözləri, eyni zamanda avropalıların tolerant mədəniyyəti haqqında da demək olar, belə ki, bu, onların ürəklərində sadəcə olaraq, yoxdur.

Urxan Seyidov
AzVision.az üçün





Teqlər:





Xəbər lenti