25 il əvvəl, Füzuli döyüşləri - Bu şəkillər bizim tariximizdir (FOTOLAR+VİDEO)

  18 Yanvar 2018    Oxunub : 7319
25 il əvvəl, Füzuli döyüşləri - Bu şəkillər bizim tariximizdir (FOTOLAR+VİDEO)
Bu gün Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində 702-ci briqadanın veteranı, fotoqraf Nurəhməd Vəliyevin 1993-1994-cü illərdə Füzuli rayonunda gedən döyüşləri əks etdirən fotolarından ibarət sərgisinin açılışı olub.
AzVision.az xəbər verir ki, “Azəri Defence” jurnalının dəstəyi ilə keçirilən sərgidə veteran fotoqrafın arxivindən 100 foto nümayiş olunub.



Tədbirdə çıxış edən hərbi ekspert Üzeyir Cəfərov Nurəhməd Vəliyevin döyüş yolundan və fotoların əhəmiyyətindən danışıb. Ekspert bildirib ki, N.Vəliyevin çəkdiyi fotolar əsasında 137 nəfər şəhidin kimliyi müəyyən edilib: “Hərb tarixinin öyrənilməsi baxımından fotoşəkillərin əhəmiyyəti çox böyükdür. Bir zamanlar düşünməzdik ki, vaxt gələcək bu şəkillərə bu qədər ehtiyacımız olacaq”.



Tədbirdə çıxış edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, hərb tarixinin önəmli anları bu fotolarda əks olunub. General qeyd edib ki, müharibə tarixini hər zaman yaşatmaq bizim borcumuzdur.

“702-ci briqadanın apardığı döyüş yolunu təbliğ etmək lazımdır. Bu şəkillər bizim tariximiz, keçmişimizdir. Bunlar yaddaşdır. Yaddaşı qorumayanda ağır nəticələri olur. Fotoları kitab halında çap etmək lazımdır”.



Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə qeyd edib ki, döyüş tariximizi öyrənmək baxımından nümayiş olunan fotoların çox böyük əhəmiyyəti var.

Nurəhməd Vəliyev çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib. Digər çıxış edən qonaqlar da döyüş tariximizi əks etdirən sərgini yüksək qiymətləndiriblər.



































































Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Teqlər: Döyüş   Sərgi   Füzuli