Konstitusiya Məhkəməsi şikayətə baxıb

Konstitusiya Məhkəməsi şikayətə baxıb
  22 Yanvar 2018    Oxunub:1188
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş T.Əsədullayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun fevralın 15-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi  





Xəbər lenti