Çaylarda keçirilən monitorinqin nəticələri
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.
Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,4, Ağstafaçayda 2,2, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,9-2,4, biogen maddələrdən-ammoniumun miqdarının 4, nitritlərin miqdarının isə 15-16 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.20-7.51 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
AzVision.az
Teqlər: ETSN Çay Monitorinq