Növbəti SAT imtahanları keçirilib

Növbəti SAT imtahanları keçirilib
  06 Oktyabr 2018    Oxunub:1280
Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları (SAT and SAT with Essay) keçirilib. İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanlarda 35 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin oktyabrın 19-da elan olunması gözlənilir. SAT with Essay imtahanının nəticələri isə oktyabrın 22-24-də elan ediləcək.

AzVision.az


Teqlər: DIM   SAT  





Xəbər lenti