Nobel prospektində yol çöküb

   Nobel prospektində yol çöküb
  03 Yanvar 2019    Oxunub:3522
Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırılmağa başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə AAYDA-nın yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.



Hazırda ərazidə aidiyyəti qurum tərəfindən tədbirlər görülür, qrunt suların kollektora sızmasının qarşısını almaq üçün izolyasiya işləri aparılır. İşlər yekunlaşdıqdan və qrunt sularının sızmasının qarşısı tam alındıqdan sonra agentliyimiz tərəfindən çökmüş hissə bərpa olunacaq.

Qeyd edək ki, ərazidə təhlükəsizliyin təmin olunması üçün müvəqqəti olaraq çökmüş hissə üzrə hərəkət zolağı ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azvision.az


Teqlər: AAYDA   Yol   Çökmə  





Xəbər lenti