Qubanın canlı tarixi - FOTOREPORTAJ

 Qubanın canlı tarixi -    FOTOREPORTAJ
  08 Yanvar 2019    Oxunub:12556
Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyində həm Azərbaycanın, həm də Quba rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat saxlanılır.
Muzeyin əsası görkəmli ziyalı və din xadimi Əhməd Əfəndi Çələbizadə tərəfindən qoyulub. O, 1924-cü ildə dərs dediyi mədrəsədə tarix muzeyi yaradıb, burada Azərbaycan tarixinə aid materialları toplayıb. Eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus olub. Bununla yanaşı, o, idarə və təşkilatlar, ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb, bir sıra əşyaların muzeyə verilməsinə nail olub.

Muzeydə qədim əlyazmalar, kitablar, xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri, zərgərlik məmulatları və digər eksponatlara rast gəlmək mümkündür.

Azvision.az -ın muzeydən hazırladığı fotoreportajı təqdim edirik:





























































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Quba   Muzey   Tarix  





Xəbər lenti