Ekspertdən Təhsil Nazirliyinə 5 təklif

Ekspertdən Təhsil Nazirliyinə 5 təklif
  09 Yanvar 2019    Oxunub:2374
Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinə təkliflər hazırlayıb.
Azvision.az xəbər verir ki, ekspert bu barədə "Facebook"-da məlumat paylaşıb. K.Əsədov hazırladığı 5 təklifdə əsasən ümumtəhsil məktəblərində təhsilə diqqət çəkib.

“Hər gün Təhsil Nazirliyinə 5 təklif yazacam. Bu günkü təkliflər belədir:

1.Qış aylarında ibtidai siniflərdə dərslərin saat 9-da başlanması barədə göstəriş versin.
2. Məktəblərin 100 metr yaxınlığında şəxsi avtomobillərin dayanmasının qadağan edilməsi barədə müvafiq qurumlara müraciət etsin.
3. Ödənişli əsaslarla şagirdləri daşımaq üçün müəyyən xətlər üzrə avtobuslar təşkıl olunsun.
4. Müəllim və şagirdlərin oxuması üçün müasir tələblərə cavab verən kitab kataloqu müəyyən edilsin.
5. Məktəblərin mühafizə olunması qaydaları işlənib hazırlansın və bu işə xüsusi bacarıqları olan xanımlar da cəlb olunsun”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Ekspert   Nazirlik  





Xəbər lenti