Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb - FOTO

  Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb -    FOTO
  24 Yanvar 2019    Oxunub:16748
İsmayıllı rayonunun Gəndov kəndində birinci sinifdə cəmi bir şagird oxuyur.

Bu barədə Azvision.az -a Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qurbanova məlumat verib. Onun sözlərinə görə, şagirdlərin sayı az olduğundan ibtidai siniflər komplekləşdirilib.
"I və III siniflərdə 3 nəfər, II və IV siniflərdə isə 6 nəfər şagird var. Uşaq sayının az olması kəndlərdə gənc ailələrin sayının az olması ilə əlaqədardır. Bizim məktəbə Gəndov kəndi daxil olmaqla, yaxın 5 kənddən şagidlər gəlir. Bunlar Köhnə Daxar, Müşgəmir, Namazgah və Dərə kəndləridir", - deyə direktor vurğulayıb.



Aytən Zəhra
Azvision.az



Teqlər: İsmayıllı   Məktəb   Dərs  





Xəbər lenti