Tramp Kim Çen Inla görüş tarixini açıqladı

  06 Fevral 2019    Oxunub : 911
 Tramp Kim Çen Inla görüş tarixini açıqladı
ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sayca ikinci görüş 27-28 fevral tarixlərində Vyetnamda baş tutacaq.
Azvision.az xəbər verir ki, bu barədə Tramp Konqressdə “Ölkənin vəziyyəti haqqında” qanunvericilərə illik müraciətində bəyan edib.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderləri arasında ilk tarixi sammit 2018-ci ilin 12 iyununda Sinqapurda keçirilib. Sammit tərəflər arasında yekun sənədin imzalanması ilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək. Pxenyan tam nüvəsizləşməyə dair, Vaşinqton isə bunun əvəzində Şimali Koreyanın təhlükəsziliyinə zamənat verəcəyilə bağlı öhdəlik götürüb.

Sinqapur sammitindən sonra ABŞ dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Vaşinqton nüvəsizləşmə prosesinin bütövlükdə 2-2,5 ilə - Donald Trampın prezidentlik müddətinin sonunədək yekunlaşacağına ümid edir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Konqress   Koreya   ABŞ