ABŞ Pxenyana zəmanət təklif edir: “İşıqlı gələcək qura bilərik”

ABŞ Pxenyana zəmanət təklif edir:  “İşıqlı gələcək qura bilərik”
  07 Fevral 2019    Oxunub:2082
Əgər Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsilə razılaşarsa, onda ABŞ Şimali Koreya iqtisadiyyatının yaxşılaşdırılmasına imkan verən konkret öhdəliklər götürməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib.

“Ayın sonunda Vyetnamda bizim Şimali Koreya rəhbəri Kim Çen Inla ikinci görüşümüz olacaq. Həmin görüşdə o göstərə bilər ki, Sinqapurda nüvəsizləşdirmə ilə bağlı verdiyi vədi yerinə yetirir. Biz isə öz növbəmizdə öhdəliklər üzrə Şimali Koreya xalqı üçün işıqlı gələcək qura bilərik. Biz bunu etməyə tamamilə hazırıq”, – deyə Pompeo vurğulayıb.

Qeyd edək ki, 27-28 fevralda Vyetnamda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sayca ikinci görüş baş tutacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   ABŞ  





Xəbər lenti