Söyün Sadıqov Rusiyada həbs edildi
İstintaq hesab edir ki, Sadıqov tanışları ilə birlikdə hədə-qorxu gələrək "Nebuq" şirkətindən pul və torpaq sahəsi tələb edib. Nəticədə şirkətin rəhbəri polisə müraciət edib. Sadıqov şirkət rəhbərindən 5 milyon rubl aldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda S.Sadıqov İstintaq Təcridxanasında məhkəmənin qərarını gözləyir.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Söyün-Sadıqov