“Ya Qarabağ, ya ölüm”ün müəllifi vəfat edib

“Ya Qarabağ, ya ölüm”ün müəllifi vəfat edib
  13 Fevral 2019    Oxunub:2543
Türkiyə aşıq şeirinin sevilən nümayəndələrindən olan, Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” mahnısı ilə məşhurlaşan Ozan Arif vəfat edib.

Azvision.az "Hurriyet"ə istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 69 yaşlı Ozan Arif müalicə aldığı Samsun Universitetinin Tibb fakültəsində dünyasını dəyişib.
Qeyd edək ki, O.Arif 10 iyun 1949-cu ildə Girəsun bölgəsinin Hapu kəndində dünyaya gəlib. 1980-ci ildə hərbi çevrilişindən sonra Almaniyaya köçüb. 10 il orada yaşayıb, 1990-cı ildə Türkiyəyə qayıdıb.





Azvision.az



Teqlər: Ozan-Arif  





Xəbər lenti