ABŞ Dövlət Departamentindən İrəvana etiraz

 ABŞ Dövlət Departamentindən İrəvana etiraz
  13 Fevral 2019    Oxunub:2026
ABŞ Dövlət Departamenti İrəvanın Rusiyanın dəstəyilə Suriyaya hərbçilər və tibbi heyətdən ibarək humanitar missiya göndərməsilə əlaqədar rəsmi mövqeyini açıqlayıb və Ermənistanın bu addımını qınayıb.
Azvision.az xəbər verir ki, Dövlət Departamentinin məsələ ilə bağlı rəsmi bəyanatını ABŞ-ın Ermənistandakı səfirliyi erməni KİV-lərinin sorğusuna cavab olaraq yayımlayıb.

“Biz digər ölkələrin Suriyadakı humanitar vəziyyətə reaksiya vermək istəyini başa düşürük və Yaxın Şərqdəki dini azlıqların müdafiəsi məsələsi ilə bağlı narahatlığını bölüşürük. Amma bununla belə, mülki vətəndaşlara yardım edilməsi və ya hərbi xarakter daşımasından asılı olmayaraq, biz Suriya silahlı qüvvələri ilə hansısa qarşılıqlı əməkdaşlığı dəstəkləmirik. Eləcə də, biz bu missiyada Ermənistanla Rusiya arasındakı heç bir əməkdaşlığı dəstəkləmirik. Rusiya dinc sakinləri öldürən və humanitar faciəyə səbəb olan Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edir. Rusiya qlobal arenada Əsəd rejiminin və onun zülmlərinin müdafiəsinə qalxmağı davam etdirir”, - deyə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Suriya   ABŞ   Rusiya  





Xəbər lenti