“Ermənistan və Azərbaycan liderlərinin görüşünü təşviq edirik” - Aİ rəsmisi

“Ermənistan və Azərbaycan liderlərinin görüşünü təşviq edirik” -  Aİ rəsmisi
  26 Fevral 2019    Oxunub:2516
“Ötən aylar ərzində biz təmas xəttində insidentlərin sayında indiyədək görünməmiş azalma müşahidə etdik.”

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski jurnalistlərə açıqlamasında deyib.
O, Bildirib ki, Avropa İttifaqı Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında, eləcə də, xarici işlər nazirləri səviyyəsində intensiv görüşlərin keçirilməsini təşviq edir.

“Bu, çox mürəkkəb, hərdən isə olduqca kövrək bir prosesdir. Biz ATƏT-in Minsk qrupunun səylərinə güvənirik” – Svitalski vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Avropaİttifaqı   Azərbaycan  



Xəbər lenti