“Subaru” 2,3 milyon maşını geri çağırır

“Subaru” 2,3 milyon maşını geri çağırır
  02 Mart 2019    Oxunub:3435
Yaponiyanın “Subaru Corp” şirkəti 2008-ci ilin sentyabrından 2017-ci ilin martınadək dünya bazarında satılan “Subaru Forester” və “Subaru Impreza” modelindən olan 2,27 milyon avtomobilini geri çağırıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “dayan” siqnalının lampalarında qeydə alınan nasazlıqdır. Geri çağrılan maşınların çoxu ABŞ-ın payına düşür - 2 milyon. Şirkət daxili bazardan isə 306 min 728 avtomobili geri çağıracaq.

Bildirilir ki, bu, “Subaru” avtomobillərinin belə kütləvi şəkildə geri çağırıldığı ilk haldır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Subaru  



Xəbər lenti