Paşinyan Brüsseldə Aİ rəsmilərilə görüşəcək

 Paşinyan Brüsseldə Aİ rəsmilərilə görüşəcək
  02 Mart 2019    Oxunub:4511
Ermənistanın baş naziri Nikol Paşinyan 3-5 mart tarixlərində Brüsselə işgüzar səfər edərək, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə, eləcə də, Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşlər keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüşlərdən sonra Tuskla Paşinyan KİV nümayəndələri üçün bəyanatla çıxış edəcəklər, Yunkerlə isə birgə mətbuat konfransı keçirəcəklər.

Belçikaya səfəri çərçivəsində Paşinyan həmçinin, Avropa Parlamentinə baş çəkəcək və Avropa Şurasının beynəlxalq əlaqələr komitəsində çıxış edəcək.

Ermənistan baş naziri Belçikadakı erməni icmasının nümayəndələri və biznesmenlərlə də görüşəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Brüssel   Avropaİttifaqı  





Xəbər lenti