Kadırov Çeçenistanda "möcüzə" yaradıb

   Kadırov Çeçenistanda "möcüzə" yaradıb
  03 Mart 2019    Oxunub:4052
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikanın son 12 ildəki inkişafını möcüzə adlandırıb.
Kadırov bu barədə özünün "Telegram" səhifəsində yazıb. Bildirib ki, atası Əhməd Kadırovun siyasi kursuna sadiq qalaraq və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə Çeçenistan inkişaf yolunda möcüzəyə nail olub.

Onun sözlərinə görə, son illərdə Çeçenistan Rusiya Federasiyasının ən sabit və təhlükəsiz ərazilərindən birinə çevrilib.

Azvision.az



Teqlər: Kadırov   Çeçenistan  





Xəbər lenti