Paşinyanı tənqid edən blogeri zibil qutusuna atmaq istədilər

 Paşinyanı tənqid edən blogeri zibil qutusuna atmaq istədilər
  04 Mart 2019    Oxunub:2477
Ermənistanda hökuməti tənqid edən blogeri zibil konteynerinə atmaq istəyiblər. “Facebook” sosial şəbəkəsində Nikol Paşinyanın siyasətini və onun tərəfdarlarını tənqid edən “Adekvad” səhifəsində videomateriallar yerləşdirən bloqer Narek Malyan hökumətin himayə etdiyi “Restart” hərəkatının üzvlərinin hücumuna məruz qalıb.
Bloger Malyan və onun həmkarı Artur Danielyan İrəvan Dövlət Universitetinin təcrübəli rektorunu nəyin bahasına olursa olsun vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyan hökumətini mütəmadi olaraq sərt tənqid ediblər. Hökumətin tərəfdarlarından ibarət olan “Restart” üzvləri bloqerə qarşı törətdikləri xuliqanlığı inkar etməyərək bəyan ediblər ki, “zibil, məhz zibil konteynerində olmalıdır”.

Hökumətin himayə etdiyi xuliqanların bu hərəkətinin qarşısını post-patrul xidmətinin əməkdaşları alıblar. Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Bununla yanaşı, himayədarlarına arxalanan “Restart” üzvləri bloqerin zibil konteynerinə atılması cəhdinin videomaterialını sosial şəbəkələrdə yerləşdiriblər.

Azvision.az



Teqlər: Paşinyan  





Xəbər lenti