İspaniya baş naziri parlamenti buraxdı

İspaniya baş naziri parlamenti buraxdı
  04 Mart 2019    Oxunub:1490
İspaniyanın baş naziri Pedro Sançes 28 apreldə növbədənkənar seçkilərin keçirilməsi məqsədilə parlamentin hər iki palatasının buraxılması barədə fərman imzalayıb.
Azvision.az “Periodico” qəzetinə istinadən xəbər verir ki, baş nazirin bu qərarı İspaniya kralı VI Filip trəfindən təsdiqləndikdən sonra sabah rəsmi dövlət bülletenində dərc olunacaq və qanuni qüvvəyə minəcək.

Qeyd edək ki, baş nazirin bu qərarının səbəbi İspaniya parlamentinin 2019-cu maliyyə ili üzrə hökumətin təqdim etdiyi büdcə qanun layihəsini rədd etməsidir. Bu, 4 ildən az bir müddətdə İspaniyada keçiriləcək 3-cü parlament seçkiləri olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İspaniya   Seçki  





Xəbər lenti