İranda helikopter qəzası, 5 nəfər öldü

İranda helikopter qəzası,  5 nəfər öldü
  04 Mart 2019    Oxunub:1419
İranın qərbindəki Çexarmehar və Bəxtiyariyə əyalətində xilasetmə helikopteri qəzaya düşüb. Hadisə nəticəsində helikopterin göyərtəsində olan 5 nəfər həlak olub.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, helikopter tibbi qayğıya ehtiyacı olan hamilə qadını götürməyə gedərkən elektrik dirəyinə çırpılıb.

Qeyd edək ki, son illər ərzində İranda bu cür qəzaların sayı getdikcə çoxalmaqdadır. Rəsmi Tehran bəyan edib ki, ABŞ-ın iqtisadi-maliyyə sanksiyaları İranın yeni helikopter və təyyarələr, yaxud öz avianəqliyyat vasitələrini modernləşdirmək üçün Qərbdən ehtiyat hissələri almasını əngəlləyir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti