Ermənistanda məmur rüşvət alarkən tutuldu

   Ermənistanda məmur rüşvət alarkən tutuldu
  04 Mart 2019    Oxunub:1727
Ermənistan polisinin Lori əyalətinin Vanadzor şəhərində apardığı xüsusi əməliyyat nəticəsində şəhər meriyasının əməkdaşı O.Nver rüşvət alarkən cinayət üstündə yaxalanıb və həbs edilib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, O.Nver Vanadzor şəhər meriyasının memarlıq və inşaat şöbəsində baş mütəxəssis işləyir.

Ermənistan vətəndaşına torpaq və onun üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilməsi üçün o, 170 min dram rüşvət tələb edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti