Polşada “MiQ-29” qırıcısı qəzaya düşdü - Yenilənib

Polşada “MiQ-29” qırıcısı qəzaya düşdü -  Yenilənib
  04 Mart 2019    Oxunub:2438
Polşanın şərqindəki Venqrova rayonunda qəza törədən “MiQ-29” qırıcı təyyarəsinin katapult edən pilotu xilasedicilər tərəfindən tapılıb. Hazırda onun vəziyyəti yaxşıdır və müayinə üçün xəstəxanaya aparılıb.
Azvision.az xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri baş komandanlığının rəsmi nümayəndəsi Marek Pavlyak jurnalistlərə açıqlamasında deyib.

*****

Polşanın şərqindəki Mazovets quberniyasında “MiQ-29” qırıcı təyyarəsi qəzaya düşüb. İnsident zamanı ölən olmayıb.

Azvision.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri baş komandanlığının rəsmi nümayəndəsi Marek Pavlyak jurnalistlərə açıqlamasında deyib.

“Mazovets quberniyasındakı Venqrova rayonunda “MiQ-29” hərbi təyyarəsi qəza törədib. Pilot zamanında katapult etməyi bacarıb” – Pavlyak bildirib.

Onun sözlərinə görə, hazırda katapult edən pilotun hara eniş etməsinin müəyyənləşdirilməsi üzrə işlər davam edir.


Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Polşa   “MiQ-29”  





Xəbər lenti