Hindistan ordusu Pakistana xəbərdarlıq etdi

 Hindistan ordusu Pakistana xəbərdarlıq etdi
  07 Mart 2019    Oxunub:1504
Hindistan ordusu Pakistana xəbərdarlıq edərək bildirib ki, növbəti təxribatlar və Hindistanın Cammu və Kəşmir ştatındakı təmas xəttində yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ciddi nəticələrə gətirib çıxara bilər.
Azvision.az xəbər verir ki, bu barədə “NDTV” telekanalı Hindistan ordusunun bəyanatına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, Hindistan ordusu “Pakistan tərəfinin təxribatlarına və bədbəxt hadisələrə müvafiq şəkildə ciddi nəticələr doğuran reaksiya verəcək”. Həmçinin vurğulanır ki, mülki əhalinin yaşadığı rayonları hədəfə almaması barədə Pakistan ordusuna xəbərdarlıq edilib, bütövlükdə isə Kəşmir bölgəsindəki nəzarət xəttində vəziyyət nisbi sakitdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Pakistan   Kəşmir   Hindistan  





Xəbər lenti