Trampın yaxın adamını ömürlük həbs gözləyir
Qeyd edək ki, ABŞ xüsusi prokuroru Müllerin apardığı istintaq nəticəsində Pol Manafort Ukraynanın əvvəlki Rusiyapərəst hökumətinin məsləhətçisi kimi işləyərkən “qazandığı” milyonlarla dollar vəsaiti ABŞ hökumətindən gizlətməkdə, çirkli pulların yuyulmasında, xarici agent kimi qeydiyyatdan keçməməkdə, eləcə də, bank və vergi fırıldaqçılığı da daxil olmaqla bir neçə digər maddə üzrə ittiham olunur. Lakin Trampın seçki qərargahının keçmiş rəhbəri günahsız olduğunu iddia edir.
Xatırladaq ki, Manafort cəzasının yüngülləşdirilməsi müqabilində Trampın əleyhinə istintaqla əməkdaşılıq edəcəyinə vəd versə də, xüsusi prokuror Robert Müller onun öz vədinə sadiq qalmadığını demişdi.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ukrayna Rusiya ABŞ Tramp