900-dən çox qaçqın Suriyaya qayıtdı

 900-dən çox qaçqın Suriyaya qayıtdı
  08 Mart 2019    Oxunub:3055
Sutka ərzində İordaniya və Livandan Suriyaya 900-dən çox qaçqın qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 920 qaçqın geri dönüb. Belə ki, Livanın "Jaydet Yabus", "Tell-Kalah" keçid məntəqələrindən ümumilikdə 120 nəfər, İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 800 nəfər Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.

Həmçinin bildirilib ki, gün ərzində 120 nəfər ölkə daxilində daimi yaşayış yerlərinə qayıdıb.

Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti