Gürcüstanda 17 nəfər dəm qazından ölüb

 Gürcüstanda 17 nəfər dəm qazından ölüb
  09 Mart 2019    Oxunub:2772
Son iki ayda Gürcüstanda 17 nəfərin dəm qazından boğularaq ölməsi faktı qeydə alınıb. Yüzə yaxın insan isə dəm qazından zəhərlənib.
Dəm qazından ölüm və boğulmaların 80 faizi paytaxt Tbilisidə və ətraf qəsəbələrdə kirayə evlərdə qeydə alınıb. Həmin evlərdə insanlar heç bir standartlara cavab verməyən qızdırıcı vasitələrdən istifadə ediblər və təbii qaz sızması da məhz bu səbəbdən baş verib.

Hazırda hökumət və aidiyyəti qurumlar qazdan istifadə zamanı təhlükəsizlik normalarına riayət edilməsi və standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə qaydalarını sərtləşdirən yeni qanun layihəsi hazırlayır.

Layihənin yaxın günlərdə parlamentə təqdim olunacağı gözlənilir. (AzərTac)

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti