Pentaqondan Ankaraya növbəti xəbərdarlıq

Pentaqondan Ankaraya növbəti xəbərdarlıq
  09 Mart 2019    Oxunub:4083
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edib.

Azvision.az “The Hill”ə istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Çarlz Sammers “S-400” sistemlərini əldə edəcəyi təqdirdə Ankaranı ağır nəticələrin gözlədiyini, xüsusən də, müdafiə sferasında Vaşinqtonla əlaqələrin pisləşəcəyini bəyan edib.
Sammers onu da bildirib ki, “S-400”lərin tədarükü Türkiyənin ABŞ-ın 5-ci nəsil “F-35” qırıcı təyyarələrinin və “Patriot” hava hücumundan müdafiə istemlərinin alışını riskə atır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Rusiya   ABŞ   S-400  





Xəbər lenti