Amerikalılar Avropaya viza ilə gedəcəklər

Amerikalılar Avropaya viza ilə gedəcəklər
  09 Mart 2019    Oxunub:2312
ABŞ vətəndaşları 2021-ci ildən başlayaraq Avropaya getmək üçün viza alacaqlar.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Səyahətlərə dair İnformasiya və Avtorizasiya Sisteminin (ETİAS) saytında dərc edilmiş rəsmi bəyanatda qeyd olunub. Belə ki, viza üçün ABŞ vətəndaşları pasport və kredit kartı təqdim edəcək. Lakin bu tələb Böyük Britaniyaya şamil olunmayacaq.

Bəyanata əsasən ABŞ və daha 59 ölkə üçün viza tətbiq edilməsi qərarı qeyri-leqal miqrasiyanın və terror təhlükəsinin artması ilə bağlıdır.

Azvision.az


Teqlər: ABŞ   Avropa   Viza  





Xəbər lenti