Dəhşətli təyyarə qəzası: 157 nəfər ölüb - (Yenilənib)
***
(13:07)
Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Keniyanın Nayrobi şəhərinə uçuş zamanı baş verib
"Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsinin göyərtəsində 157 nəfər (149 sərnişin, 8 heyət üzvü) olub. Hadisə nəticəsində ölənlərin olduğu bildirilsə də, dəqiq say açıqlanmayıb.
Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Tvitter" hesabında ölənlərin yaxınlarına başsağlığı verib.
Azvision.az