PKK-ya ağır zərbələr endirildi

 PKK-ya ağır zərbələr endirildi
  11 Mart 2019    Oxunub:2571
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsində PKK terror təşkilatının düşərgələrinə ağır zərbələr endirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aviazərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarları məhv edilib.

Bundan başqa, Şırnak vilayətinin Beytüşşebap rayonunda antiterror əməliyyatı nəticəsində PKK terrorçularının 6 sığınacağı dağıdılıb.

Azvision.az



Teqlər: PKK   Türkiyə  





Xəbər lenti