Təyyarə qəzasında nazir və deputatın ailəsi də həlak olub

   Təyyarə qəzasında nazir və deputatın ailəsi də həlak olub
  11 Mart 2019    Oxunub:4919
Efiopiyada qəzaya düşən "Boeing 737" sərnişin təyyarəsində 35 ölkənin 157 vətəndaşı həyatını itirib.

Azvision.az xəbər verir ki, bu barədə “Ethiopian Airlines” aviaşirkəti məlumat yayıb. Bildirilib ki, ölənlərdən 149 nəfəri sərnişin, 8-i isə heyət üzvüdür.
Həlak olanlar arasında Keniya, Kanada, Efiopiya, İtaliya, Çin, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya vətəndaşları da var.

Məlumata əsasən, təyyarə qəzasında Slovakiya parlamentinin deputatı Anton Qrnkonun həyat yoldaşı, oğlu və qızı ölüb. İtaliyanın Siciliya əyalət nazirinin də məlum qəzada həlak olduğu bildirilir.

Azvision.az



Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti