İrəvanda daha bir etiraz aksiyası keçirilir – VİDEO

   İrəvanda daha bir etiraz aksiyası keçirilir –    VİDEO
  11 Mart 2019    Oxunub:1457
İrəvanda lombardlar və valyuta dəyişmə məntəqələrinin əməkdaşları Ermənistanın hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, etirazçılar “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklərə qarşı çıxırlar. Qanun layihəsinə əsasən, Ermənistanda dövlət rüsumları təqribən 60 dəfə artırılacaq.
Aksiya iştirakçılarının sözlərinə görə, hazırda qüvvədə olan qanunda lombardlar üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği 100 min dram, valyuta dəyişmə məntəqələri üçün isə 50 min dramdır. Lakin yeni qanun qəbul edildikdə onlar müvafiq olaraq 6 milyon və 3 milyon dram rüsum ödəmək məcburiyyətində qalacaqlar.

“Bu qərar üzündən ölkəmizdə yoxsulluğun səviyyəsi yüksələcək - lombardlar bağlanacaq, insanlar isə işsiz qalacaq. Əgər işləməsək, bizi kim dolandıracaq? Günbəgün vergi və rüsumları artıran hökumətmi?” – aksiyasının iştirakçısı olan Ayk Saakyan bəyan edib.

Etirazçılar ümid ediblər ki, nazirlər kabineti onların şikayətini eşidəcək və yeni qanun layihəsi qəbul olunmayacaq. Çünki əks təqdirdə, İrəvan və ətraf ərazilərdə bu sahədə çalışan və rüsumu ödəyə bilməyən minlərlə insan işsiz qalacaq, nəticədə isə dövlət büdcəsi də 900 milyon dramdan çox vergidən məhrum olacaq.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti