Paşinyan Qarabağa gəlib

   Paşinyan Qarabağa gəlib
  11 Mart 2019    Oxunub:3282
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəliblər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Xankəndinə gələn Paşinyan Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Nikol Paşinyan Azərbaycanın işğal altındakı ərazisində qanunsuz yaradılmış qondarma “Dağlıq Qarabağ Respubikası”nın “Milli Təhlükəsizlik Şurası”nın “iclasında” iştirak edəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: DağlıqQarabağ   Ermənistan   Azərbaycan   Xankəndi  





Xəbər lenti