Lavrov Çavuşoğlu ilə görüşünü təxirə saldı

 Lavrov Çavuşoğlu ilə görüşünü təxirə saldı
  12 Mart 2019    Oxunub:1996
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında fevralın 12-də Antalyada keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, rəsmi Moskva görüşün təxirə salınmasını Lavrovun iş qrafikinin gərgin olması ilə əlaqləndirib.

Rusiya XİN-in rəsmilərinin bildirdiyinə görə, nazirlərin görüşü gələn həftə baş tuta bilər. Qeyd olunub ki, martın 18-nə planlaşdırılan görüş Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində keçiriləcək.

Azvision.az



Teqlər: Çavuşoğlu   Lavrov  





Xəbər lenti