Əlcəzair hökuməti etirazçılara məğlub oldu

 Əlcəzair hökuməti etirazçılara məğlub oldu
  12 Mart 2019    Oxunub:2141
Əlcəzair hökuməti ölkədə keçirilən kütləvi etiraz aksiyaları ilə əlaqədar istefaya gedib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident dəftərxanası rəsmi məlumat yayıb.

Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunub. Hazırki prezident Əbdüləziz Buteflika seçkidə namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, fevralın 22-dən başlayaraq Əlcəzairdə prezient Əbdüləziz Buteflikanın yenidən seçkilərdə iştirakına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Azvision.az




Teqlər: Əlcəzair   Hökumət   İstefa  





Xəbər lenti