Yaponiyanın qırıcı təyyarəsi qəza enişi edib

  12 Mart 2019    Oxunub : 647
Yaponiyanın qırıcı təyyarəsi qəza enişi edib
Yaponiya hərbi hava özünümüdafiə qüvvələrinə məxsus “F-4” qırıcı təyyarəsi İsikava prefekturasındakı Komatsu hərbi bazasına qəza enişi edib. İnsident zamanı xəsarət alan olmayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb. Bildirilib ki, “F-4” qırıcısı onu müşayiət edən təyyarə ilə birlikdə Yapon dənizi üzərindən uçuş həyata keçirərkən idarəetmə sistemində texniki nasazlıq yaranıb. Nəticədə “F-4” Komatsu hərbi bazasına məcburi eniş edib.

Hərbi baza Komatsu mülki hava limanı ilə eyni uçuş zolağını paylaşdığından, insident zamanı 3 sərnişin reysinin uçuş qrafikində gecikmələr olub.

Hazırda qırıcı təyyarədə baş verən nasazlığın səbəbi araşdırılır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Yaponiya