Rusiya hansı halda nüvə silahı tətbiq edəcəyini açıqladı

 Rusiya hansı halda nüvə silahı tətbiq edəcəyini açıqladı
  12 Mart 2019    Oxunub:2468
Rusiya regional münaqişələrin qarşısının alınması üçün heç zaman nüvə silahından istifadə etməyəcək.

Azvision.az “Russia Today”ə istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonda Karneqi Fondunun konfransında bu cür bəyanatla çıxış edib.
Nüvə zərbəsini vuracaq ilk tərəfin Moskva olacağına dair iddiaları uydurma adlandıran Antonov, Rusiya rəhbərliyinin yalnız hansı halda nüvə silahı tətbiq edə biləcəyinə aydınlıq gətirib.

“Bizin hərbi doktrinamızda açıq şəkildə deyilir ki, nə zaman və hansı şərtlər altında nüvə silahından istifadə edə bilərik: Rusiya Federasiyasına hücum edildikdə və ölkənin mövcudluğuna təhdid yarandıqda” – rusiyalı səfir vurğulayıb.



Antonov onu da bildirib ki, ABŞ Rusiyanın rəqibi deyil: “Biz ABŞ-a tərəfdaş kimi baxırıq. Bizim ABŞ üçün kim olduğumuzu müəyyənləşdirmək isə sizə (amerikalılara) qalır.”

Qeyd edək ki, yanvarın sonunda ABŞ Konqressindəki demokratlar hərbi münaqişələr zamanı Amerikanın nüvə silahı tətbiq edəcək ilk tərəf olmasını qadağan edən qanun layihəsi irəli sürüblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Nüvə   Rusiya   ABŞ  





Xəbər lenti