ATƏT sədri bu gün İrəvana gəlir

  12 Mart 2019    Oxunub : 1305
 ATƏT sədri bu gün İrəvana gəlir
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə 12-13 mart tarixlərində İrəvana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, səfər çərçivəsində ATƏT-in sədri Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan və XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşlər keçirəcək.

Xatırladaq ki, Miroslav Layçak martın 5-də Bakıya səfər edərək Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər həyata keçirmişdi. Jurnalistlərə açıqlamasında o, Slovakiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların mövcud formatını və Minsk qrupu həmsədrlərinin fəaliyyətini tam dəstəklədiyini vurğulamışdı.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   DağlıqQarabağ   Azərbaycan   ATƏT