İrlandiyadan “Brexit” açıqlaması

İrlandiyadan “Brexit” açıqlaması
  12 Mart 2019    Oxunub:1430
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Böyük britaniya baş naziri Tereza Mey arasında “Brexit”lə bağlı əldə olunan razılaşma İrlandiyia ilə sərhəd probleminə aydınlıq gətirir.
Azvision.az “The Irish Times”a istinadən xəbər verir ki, İrlandiyanın baş naziri Leo Varadkar bu cür bəyanatla çıxış edib. O, ümid edir ki, bununla da “Brexit” sazişi Britaniya parlamentinin dəstəyini qazanacaq və sənəd təsdiqlənəcək.

““Brexit” son aylar qara bulud kimi başımızın üstünü almışdı, amma indi bu razılaşma üzrə keçiriləcək səsvermə ümidləri və etimadı geri qaytarmalıdır”, – Varadkar vurğulayıb.

Qeyd edək ki, ötən axşam Meylə Yunker arasında keçirilən görüşdə Britaniyanın Avropa İttifaqından ayrılmasına dair “Brexit” sazişinə hüquqi dəyişikliklər etmək barədə anlaşma əldə olunub. Avropa Komissiyasının prezidenti bildirib ki, Meylə danışıqlar zamanı İrlandiya ilə sərhəd probleminə dair sənədi razılaşdırıblar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   İrlandiya   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti