Tbilisidə azərbaycanlı qadın və iki oğlu saxlanılıb
Ələskərovlara məxsus avtomobildə narkotik vasitələrin olduğu bir neçə bağlama aşkar olunub.
Qonşuların sözlərinə görə, qadın küçədə, oğulları isə evdə bir neçə saat axtarışdan sonra saxlanılıblar. Qəsəbə sakinləri və xüsusi təyinatlı polis əməkdaşları arasında kiçik qarşıdurma yaranıb. Qonşular polis maşınlarının hərəkətinə mane olmaq məqsədilə yolu bağlamağa cəhd ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın detalları barədə hələlik məlumat vermir. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Azvision.az
Teqlər: Tbilisi