Zurabişvili: “Regiondakı münaqişələr inkişafı ləngidir”

      Zurabişvili:    “Regiondakı münaqişələr inkişafı ləngidir”
  13 Mart 2019    Oxunub:2737
Cənubi Qafqazda mövcud olan münaqişələr regionun inkişafını gecikdirir.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu hazırda İrəvanda səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili erməni həmkarı Armen Sarkisyanla görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

“Bizim yaşadığımız regionda sülh və sabitliyin olması həlledici əhəmiyyətə malikdir. Çünki bu, regionun tərəqqisi və bizim ölkələrimizin iqtisadi inkişafının əsas şərtləridir. Bu mənada, regiondakı münaqişələr beynəlxalq hüquq normalarına əsaslanmaqla sülh yolu ilə həll edilməlidir. Konfliktlər bizim inkişafımızı ləngidir. Onları dialoq və danışıqlar vasitəsilə nizamlamalıyıq” – Gürcüstan prezidenti vurğulayıb.

Zurabişvili onu da əlavə edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin Gürcüstan ərazisinə keçməməsi və “həm ermənilər, həm də azərbaycanlıların Gürcüstanda sülh içində yaşamaları olduqca vacibdir”.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Gürcüstan   Azərbaycan   DağlıqQarabağ  





Xəbər lenti