London: "Brexit"in iflası təhlükəlidir

    London:  "Brexit"in iflası təhlükəlidir
  13 Mart 2019    Oxunub:3524
Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etmək qərarının iflası, onun İttifaqdan sazişsiz ayrılmasından daha təhlükəlidir. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Britaniyanın “Brexit” məsələləri üzrə naziri Stiven Barkli bu gün ölkə parlamentində keçiriləcək növbəti səsvermədən öncə deputatlara xəbərdarlıq olaraq bəyan edib.
“Əgər siz məni sazişsiz ayrılma ilə “Brexit”in baş tutmaması arasından birini seçməyə məcbur etsəniz, deyə bilərəm ki, Aİ-dan sazişsiz ayrılmağımız Britaniya iqtisadiyyatı üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq və İttifaq üçün də bir çox ciddi suallar yaradacaq. Amma düşünürəm ki, “Brexit”in iflası bizim demokratiyamız üçün daha fəlakətlidir. Bu iki xoşagəlməz seçim arasında “Brexit”in baş tutmaması daha böyük riskdir.

Qeyd edək ki, ötən axşam Britaniya parlamenti ölkənin Avropa İttifaqından çıxma şərtlərinin əks olunduğu “Brexit” sazişi üzrə hökumətin yeni təkliflərini rədd edib. 391 deputat baş nazir Tereza Meyin təqdim etdiyi sənədin əleyhinə, 242-si isə lehinə səs verib. Bu gün axşam isə britaniyalı parlamentarilər ölkənin 29 martda Aİ-nı heç bir saziş olmadan tərk edib-etməyəcəyi ilə bağlı taleyüklü məsələni səsverməyə qoyacaqlar.

Leyla Elbrusqzı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avroapİttifaqı  





Xəbər lenti