İran nüvə silahı hazırlığına başlaya bilər

İran nüvə silahı hazırlığına başlaya bilər
  13 Mart 2019    Oxunub:2047
Əgər regiondakı böyüc güclər öz nüvə proqranlarının inkişafına maliyyə ayırmağa davam edərlərsə, onda İran da özünün müdafiə strategiyasını yenidən nəzərdən keçirə bilər.
Azvision.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, İran hərbi dəniz donanmasının admiralı Əli Şamxani bəyan edib.

“Bəzi region ölkələri petrodollarları nüvə layihələrini öz proqramlarına salmaq üçün istifadə edirlər. Bu, regionun və dünyanın təhlükəsizliyini təhdid edir və terrorrizm və İŞİD-dən daha dəhşətli fəlakətə gətirib çıxara bilər. Regiondakı güclərin davranışlarındakı bu cür dəyişikliklər Tehranı narahat edən yeni təhdidlər yaradır. Yeni təhdidlərin coğrafiyası və xarakterindən asılı olaraq biz Silahlı Qüvvələrimizin rəhbərlik edəcəyi yeni strategiyamızda düzəlişlər edəcəyik” – Şamxani vurğulayıb.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran  





Xəbər lenti