Avropa Parlamentindən Türkiyə ilə bağlı qalmaqallı qərar

  Avropa Parlamentindən Türkiyə ilə bağlı qalmaqallı qərar
  14 Mart 2019    Oxunub:3665
Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınmasına dair qərar qəbul edib.
Azvision.az xəbər verir ki, qalmaqallı qərara Ankaradan sərt reaksiya verilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib ki, sözügedən qərar qərəzli və qəbuledilməzdir.

Onun sözlərinə görə, Türkiyə tərəfi bunu dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir. AKP rəsmisinin fikrincə, belə bir qərar qəbul etməklə Avropa Parlamenti demokratik inkişafa açıq olmadığını nümayiş etdirib.

Azvision.az



Teqlər: Türkiyə   Avropa-Parlamenti  





Xəbər lenti