Deputat Həsən Nəbiyev mandatından imtina edib

Deputat Həsən Nəbiyev mandatından imtina edib
  15 Mart 2019    Oxunub:3487
Rusiyanın Volqoqrad vilayət Dumasının Azərbaycan əsilli deputatı Həsən Nəbiyev mandatından imtina edib.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, son vaxtlar qalmaqallı fikirləri ilə gündəmə gələn H.Nəbiyev həm də “Vahid Rusiya” partiyasından kənarlaşdırılıb.
Qeyd edək ki, azərbaycanlı Həsən Nəbiyev təqaüdçüləri təhqir edərək, bildirmişdi ki, 8 min rubla qədər pensiya alan insanlar müftəxor və əyyaşdırlar. Onun fikrincə, təqaüdçülər vaxtında çox işləsəydilər, çoxlu da pensiya alardılar.

Nəbiyevin məlum çıxışı etirazlara səbəb olub, barəsində sərt fikirlər səsləndirilib. Nəticədə, o, bu gün deputat mandatını itirməli oldu.

Azvision.az



Teqlər: Rusiya   Deputat  





Xəbər lenti