İrəvandakı aksiyada qarşıdurma, deputat yaralandı - VİDEO

  14 Mart 2019    Oxunub : 2345
İrəvandakı aksiyada qarşıdurma, deputat yaralandı - VİDEO
Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında yerli sakinlərlə polislər arasında qarşıdurma yaşanıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polis ticarət obyektlərinin sökülməsinə etiraz edən bir qrup şəxsə qarşı zor tətbiq edib. Nəticədə bir neçə nümayişçi xəsarət alıb.

Məlumata görə, etirazlar zamanı yaralanan 4 nəfər xəstəxanaya müraciət edib. Aksiyada müxalif deputat Naira Zöhrabyanın ayağından xəsarət aldığı deyilir.



Qeyd edək ki, İrəvanın mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Bildiriblər ki, obyektlərin sökülməsi onlarla insanın işsiz qalmasına səbəb olacaq.

Azvision.az

Teqlər: