50-dən çox ölkə ABŞ-a zərbə vura bilər - Dövlət Departamenti

   50-dən çox ölkə ABŞ-a zərbə vura bilər -    Dövlət Departamenti
  15 Mart 2019    Oxunub:1840
“Hazırda dünyanın 50-dən çox ölkəsi ABŞ-a əhəmiyyətli zərbə vura bilər və bu, ciddi narahatlıq doğurur.”

Azvision.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Kiron Skinner Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində bu cür bəyanatla çıxış edib.
Onun sözlərinə görə, əvvəllər ABŞ beynəlxalq arenada ona zərbə vura biləcək yalnız iki oyunçuya – nüvə silahlarına malik SSRİ və Çinə görə narahat idi. Lakin XX əsrin sonunda dünyada baş verən geosiyasi dəyişikliklər yeni təhlükə mənbələri ortaya çıxartdı.

Bu mənada Skinner vurğulayıb ki, hazırda Rusiya ilə Çindən savayı, digər ölkələr də Amerikaya ciddi “xəsarət yetirə” bilərlər və bu zaman söhbət heç də təkcə nüvə, yaxud hərbi zərbədən getmir. Onlar kiber və iqtisadi müharibələr, informasiya qarşıdurması yaratmaq vasitəsilə də ABŞ-a zərbə vura bilərlər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: SSRİ   Çin   ABŞ  





Xəbər lenti