Ermənistanda növbəti etiraz yetişir

   Ermənistanda növbəti etiraz yetişir
  16 Mart 2019    Oxunub:1859
Ermənistanın Milli Təhsil İnstitutunun əməkdaşları baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin təhsil sahəsindəki mövcud problemlərlə maraqlanmamasından şikayənlənirlər.
Azvision.az xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb. Qeyd olunur ki, institut işçiləri elm və təhsil üzrə “super nazir” Araik Arutyunla görüş tələb edirlər. Səbəb isə, Milli Təhsil İnstitutunun statusunun hələ də müəyyənləşdirilməməsi və orada çalışanların əksəriyyətinə işdən qovulacaqları ilə bağlı bildirişin gəlməsidir.

“İstisna deyil ki, bu təhsil müəssisəsi ləğv olunacaq və ya yenidən qurulacaq. Nəticədə, aprelin 1-dən etibarən biz işsiz qalacağıq. Əgər bunu edənlər bizə başqa iş təklif etməsələr, onda biz ayağa qalxacaq və etiraz aksiyaları keçirəcəyik. Çünki hökumət bizim şikayətimizi eşitmək istəmir. Bir nazirin kefinə qalmışıq” – qəzet institut əməkdaşından sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda tələbə və gənclər hökumət binası önündə etiraz aksiyası keçirmişdilər. Elmin inkişafı üzrə konkret və dəqiq yanaşmaların olmamasından şikayətlənən etirazçı tələbələr elm və təhsil naziri Araik Arutyunyan və onun müavini Ovannes Ovannisyanın istefasını tələb ediblər.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti